112 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
Böyük Britaniyanın ən yaşlı sakinlərindən biri, 112-ci ad gününü qeyd edən Marjori Hodnett Eyluord uzunömürlülüyün sirrini açıqlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Ətrafdakıların "Marj xala" adlandırdığı Marjori Mersisayddəki Formby Manor qocalar evində yaşayır. O, rəsmi olaraq İngiltərənin şimal-qərbində ən yaşlı insan və ölkədə yaşca beşinci ən böyük şəxs kimi tanınır. Britaniyalı qadın uzun ömrün sirrinin gələcəyə baxmaq olduğuna inanır – peşmançılıqla geriyə deyil, ümidlə irəliyə baxmaq lazımdır.
"Həyat yaşamaq üçün verilib və ondan maksimum fayda əldə etmək yalnız sizin qərarınızdır," – o əlavə edib. Ad gününü qeyd edən qadın həmçinin hesab edir ki, gücü olduğu müddətcə hər yerdə, hər kəs üçün, mümkün olan hər yolla ən yaxşı xeyri etmək lazımdır.
Marjori 1914-cü ildə Londonda anadan olub, iki dünya müharibəsini yaşayıb, hava hücumlarını xatırlayır və 1948-ci il Olimpiya Oyunlarının açılış mərasimində çıxış edib. Onun ilk əri Stenli 1955-ci ildə vəfat edib, bir il sonra isə o, ərinin qardaşı Hyu ilə evlənib. Bundan sonra Marjori 20 ildən çox Devon ştatında ibtidai məktəbdə müəllimə işləyib.
112-ci ad günündə o, 125-dən çox təbrik kartı və Kral III Çarlzdan xüsusi mesaj alıb. Bayram şərəfinə qocalar evində xiyar sendviçləri, "Viktoriya" biskviti, şeri və ev tortu ilə çay süfrəsi təşkil edilib.
Almaz Həsənli








































































.jpg)











