Nənə kiçik nəvələrini kişilərə qrup təcavüzü üçün satırmış
Braziliyada qurbanların nənəsinin rəhbərlik etdiyi pedofillər şəbəkəsi ifşa edilib.Oxuməni.az xəbər verir ki, bu barədə "Metrópoles" qəzeti məlumat yayıb.
Ötən gün polis San-Paulu məktəbinin keçmiş əməkdaşı, 55 yaşlı Deniz Morenonu həbs edib. O, uşaqların və yeniyetmələrin cinsi istismarı üzrə mütəşəkkil şəbəkə yaratmaqda ittiham olunur. Məlumatlara görə, 10, 12 və 14 yaşlı üç qızın nənəsi olan Deniz, ən azı on il ərzində nəvələrini kişilərə pula satıb. Qadın qurbanların gündəlik rejimini nəzarətdə saxlayır və onları yaşlı kişilərlə pul müqabilində görüşdürürdü.
Polisin gəldiyi nəticələrə görə, Deniz Moreno birbaşa iqtisadi fayda əldə edib. İstintaq zamanı toplanmış məlumatlar və ifadələr qızların müxtəlif kişilərə dəfələrlə, həmişə nənənin razılığı ilə verildiyini təsdiqləyir. Qurbanlardan biri bildirib ki, 11 yaşı olanda qrup təcavüzünə məruz qalıb. Bundan əvvəl Deniz özü eyni vaxtda üç kişi ilə cinsi əlaqədə olub.
Onun ortağı “Latam” Latın Amerikası aviaşirkətinin 60 yaşlı pilotu Serjio Antonio Lopes olub. O, xərcləri ödəyir, qurbanları hədələyir və onları sinif yoldaşı rəfiqələri ilə tanış etməyə məcbur edirdi. Nəticədə, kişi Konqonyas hava limanından Rioya uçuşdan əvvəl təyyarədə saxlanılıb. Polis həmçinin telefonunda uşaq pornoqrafiyası tapılan Simone da Silvanı da həbs edib. Ötən payız başlayan iş üzrə istintaq davam edir.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)























































