Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər

Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər

15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilənlərdən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

Oxuməni.az