Sərxoş bacanaqlardan biri digərini bıçaqla qətlə yetirib - QUBADA

Sərxoş bacanaqlardan biri digərini bıçaqla qətlə yetirib - QUBADA

8 İyul 2016 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Nügədi Qazmalar kəndində cinayət hadisəsi qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, Quba rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Nemət İsmayıl oğlunu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.

Artıq qətli törədən Emin Nəsirov Quba polisi tərəfindən saxlanılıb.

Rayon prokurorluğunda cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

Mediainfo.az