Dələduza şərti cəza verilib

Dələduza şərti cəza verilib

21 İyul 2016 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüstəm Qacarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, R.Qacarov Cinayət Məcəlləsini. 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Mediainfo.az