Şirvanda dəhşətli qətl törədilib
Sentyabrın 28 saat 21.00 radələrində, Şirvan şəhəri G.Şıxbala oğlu küçəsi Ərazi Vergilər İdarəsinin qarşısında yerləşən "Sevinc market" mağazasında dəhşətli qətl törədilib. Şəhər sakini Ş.Şükürov küçəsi 27 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Mirzəyev Mehman Nizami oğlu şəxsi münaqişə zəminində atasının mağazasında satıcı işləyən, həmyerlisi H.Əliyev küçəsi 24 mənzil 33-də yaşayan 1958-ci il təvəllüdlü Əliyev Emil Qeyrət oğlunu bıçaqla boyun damarını kəsərək qətlə yetirib. Mehman Mirzəyev həbs olunub. Hələlik cinayətin motivləri istintaqa məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər