ABŞ Əfqanıstandan qaçırılan təyyarələri qəbul etməyə razılıq verib
ABŞ Əfqanıstan HHQ-nin pilotları tərəfindən Özbəkistana qaçırılan 40-dan çox hərbi təyyarə və vertolyotu, həmçinin onların pilotlarını qəbul etməyə razılıq verib.
Oxuməni.az xəbər verir ki, bu barədə The Street Journal-ın yaydığı məllumatda deyilir.
Ümumilikdə Özbəkistana pilotların ailə üzvləri də daxil olmaqla 585 nəfər qaçıb. Onlar özləri ilə 46 hava nəqliyyatı vasitələri, o cümlədən Black Havok helikopterləri, PC-12 müşahidə təyyarələri və Mi-17 Rusiya vertolyotları götürüblər.
Pilotları ailələri ilə birlikdə Qətərə, oradan da yaşayacaqları ölkəyə aparacaqlar. Lakin hələlik Özbəkistana qaçırılan təyyarə və vertolyotların ABŞ-a nə vaxt aparılacağı məlum deyil.
Digər xəbərlər