Edmon Marukyan: Ermənistan"hər hansı revanş haqqında" düşünmür

Edmon Marukyan: Ermənistan"hər hansı revanş haqqında" düşünmür

26 Noyabr 2022 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın qonşu ölkələrlə döyüşmək strategiyası və ya planı yoxdur, - deyə xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Ermənistan KİV-lərinə müsahibəsində bildirib.

Oxuməni.az xəbər verir ki, Manukyan daha sonra deyib:

"Bəli, Ermənistan öz Silahlı Qüvvələrini islah edir, bizim hərbi büdcəmiz bu gün ən böyükdür. Niyə? Azərbaycanla sərhədimizin uzunluğu 500 km-dir, biz sərhədi möhkəmləndirməli, müdafiə strukturlarını bərpa etməliyik. Və hər hansı bir hücumdan, hər hansı bir revanşdan söhbət getmir"..

Marukyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən danışarkən bildirib ki, Ermənistan Vaşinqtonda öz təkliflərini təqdim edib və Azərbaycanın cavabını gözləyir.

Əziz Mustafa, Oxuməni.az