Havanın temperaturu 50 dərəcəyə çatıb və bir nəfər dünyasını dəyişib

Havanın temperaturu 50 dərəcəyə çatıb və bir nəfər dünyasını dəyişib

3 İyul 2023 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

İranda havanın temperaturu 50 dərəcə olub. Meteorologi açıqlamada vətəndaşlara zərurət olmadıqca açıq havaya çıxmamaq və görmə qabiliyyətinin azaldıldığı şəraitdə şəxsi nəqliyyatdan istifadə etməmək barədə xəbərdarlıq edilib.

Ötən gün İranın Sistan-Bəlucistan əyaləti, Zehek və Hirmand şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bölgədəki isti hava ilə bağlı açıqlama verib.

Haydari bildirib ki, Zehek və Hirmend şəhərlərində havanın istiliyi 50 dərəcəyə çatıb və bu şəhərlər ölkənin ən isti bölgələri elan edilib.

Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində temperaturun 42 dərəcə olaraq ölçüldüyünü bildirən Haydari, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.

Əyalətdə küləyin sürətinin artması ilə toz təbəqəsinin də artacağını ifadə edən Haydari, əhalini zərurət olmadıqca açıq havaya çıxmamaq və görmə qabiliyyətinin azalması ilə şəxsi nəqliyyatdan istifadə etməmək barədə xəbərdar edib.

Sistan-Bəlucistan Böhran İdarəetmə Baş İdarəsinin direktoru Məcid Mohibbi isə əyalətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınası səbəbiylə mindən çox insanın xəstəxana və tibb mərkəzlərinə köçürüldüyünü açıqlayıb. Toz fırtınası səbəbiylə artıq bir nəfər dünyasını dəyişib.

Murad Şahməmməd