Priqojinə 10 milyard rubl nağd şəkildə qaytarılib
“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinə Sankt-Peterburqda silahlı üsyanla bağlı cinayət işi üzrə axtarış zamanı ələ keçirilən pul qutuları geri qaytarılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Fontanka”nın yaydığı məlumatda deyilir.
78.ru saytının məlumatına görə isə, onlar puldan əlavə, PMC Vaqner Mərkəzində və “Patriot” media qrupunun ofisində aparılan istintaq zamanı ələ keçirilən avadanlığı da geri qaytarıblar.
“Fontanka”nın məlumatına görə, iyulun 2-də axşam saatlarında Priqojinin etibarnaməsi olan sürücüsü pulu götürüb. Ümumilikdə Priqojinə 10 milyard rubl və yüz minlərlə nağd pul, həmçinin beş külçə qızıl qaytarılıb. Daha əvvəl o, bu vəsaitin vaqnerçilərin maaşları və həlak olanların yaxınlarına ödənilməsi üçün nəzərdə tutulduğunu bildirib.
Əziz Salamoğli