Britaniya Ukraynaya NATO korpusunu göndərməyə çağırıb
Vilnüs sammitində Şimali Atlantika Alyansı Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu proseduruna başlamalı və blokun tamhüquqlu üzvü olana qədər ora ekspedisiya qüvvələri göndərməlidir.
Oxuməni.az xəbər verir ki, bu çağırışı Britaniyanın Times qəzetinin köşə yazarı Rocer Boyes edib.
1970-ci illərdə Moskvada müxbir işləyən veteran britaniyalı jurnalist deyib ki, alyansın tələsməsi lazımdır, çünki Donald Tramp ABŞ-da hakimiyyətə qayıda bilər.
Boyes yazır: “Avropada bu müharibə əsasən ən fəal müttəfiqləri Aİ-ni tərk etmiş Britaniya və Aİ-yə cəlbedici komandanın liderlərindən biri olan Polşa, həmçinin ABŞ-ın texnologiyası, silahları və kəşfiyyatı vasitəsilə aparılır. Bu, NATO-nun üzünü necə dəyişməli, transatlantik qərar qəbul etmə prosesini birləşdirməli, Putin Rusiyasından gələn yeni təhdidləri kollektiv şəkildə müəyyən etməyə, daha inteqrasiya olunmuş hərbi-sənaye kompleksi qurmağa və döyüşən tərəfdaşlarla koalisiya yaratmaq sənətinə necə yiyələnməli olduğunu göstərir.”
Müşahidəçinin fikrincə, NATO-nun bütün bunları etmək üçün ən çoxu bir il vaxtı var, çünki gələn ilin sonunda keçiriləcək seçkilərdən sonra Donald Tramp Ağ Evə qayıda bilər. “Bu baş verərsə, Ukrayna artıq Qərbin indiki böyük həcmdə hərbi yardımına arxalana bilməyəcək”, - deyə Times jurnalisti hesab edir.
Ona görə də analitikin fikrincə, iyulun 11-12-də keçiriləcək Vilnüs sammitində NATO liderləri adi bürokratik prosedurlardan uzaqlaşmalı, diplomatik oyunları unudub, Ukraynanın sürətləndirilmiş qəbulu prosesinə başlamalıdırlar.
"Mümkün və geniş müzakirə olunan üç üsuldan - Ukraynanın sürətləndirilmiş silahlanması, ABŞ ilə ikitərəfli razılaşma və Ukraynaya beynəlxalq kontingentin göndərilməsindən istifadə edilməlidir" - deyə yazan Boyes sonuncunu ən real və etibarlı hesab edir.
“İngiltərə və ya Polşa komandanlığı altında, ABŞ-ın dəstəyi ilə Ekspedisiya qüvvəsinin göndərilməsi ən düzgün qərar ola bilər. NATO-nun təşəbbüsü ilə göndərilən bu qüvvələr Ukraynaya güc qatacaqdılar,”-deyə britaniyalı müşahidəçi yazıb.
Əziz MUSTAFA, Oxumeni.az