Məktəblərdə mobil telefonlar, planşetlər və ağıllı saatlar qadağan edilir
Hollandiya hökuməti məktəblərdə mobil telefonları, planşetləri və ağıllı saatları qadağan edir. Hökumət mobil telefonların məktəblərdə şagirdlərin diqqətinin yayılmasında mühüm rol oynadığını vurğulayır.
Hollandiya Təhsil Nazirliyi, məktəblər və əlaqədar təşkilatlar tərəfindən qəbul edilən qadağa qərarı ilə şagirdlərin diqqətini yayındıran sosial media və mesajlaşmaların istifadəsinin məhdudlaşdırılmasını hədəfləyib.
Qadağa ilə bağlı məlumat verən təhsil naziri Robbert Dijkgraaf, "Cib telefonları həyatımızla iç-içə olsa da, sinifə aid deyil" deyə bildirib.
Şagirdlərin dərsdə diqqətini cəmləyərək öyrənmələri üçün hər fürsətdən istifadə etmələrinin vacibliyini vurğulayan nazir, "Cib telefonlarının bunu pozduğunu elmi araşdırmalardan bilirik" deyə sözlərinə əlavə edib.
Murad Şahməmməd