Qaribaşvili Gürcüstanın Ukrayna və Moldovadan üstün olduğunu bəyan edib
Gürcüstan həmişə Ukrayna və Moldovanı qabaqlayıb və bundan sonra da irəlidə olacaq.
Oxuməni.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
“Biz nəinki Ukrayna və Moldovadan geri qalmayacağıq, biz bu ölkələrdən irəlidə olmuşuq, irəlidəyik və irəlidə olacağıq”.
Qaribaşvili qeyd edib ki, bir sıra meyarlara görə Gürcüstan təkcə Ukrayna və Moldovanı deyil, həm də Aİ-nin 14 üzvü və NATO-nun 10 ölkəsini qabaqlayır.
Əziz Salamoğlu
Digər xəbərlər