Humanitar yardım üçün 5 milyon avro ayrılacaq
İrlandiyanın baş naziri Kiyevə səfərə gəlib və Ukraynaya humanitar yardım üçün 5 milyon avro ayıracağını vəd edib. Bu arada bazarlar Odessa limanlarına hava hücumları ilə bağlı xəbərlərə taxıl qiymətlərində sıçrayışla reaksiya verib.
Leo Varadkar Ukraynaya dəstəyini ifadə etmək üçün Kiyevə gəlib. Ukrayna Silahlı Qüvvələri üçün silah alışının maliyyələşdirilməsində iştirak etməyən İrlandiyanın baş naziri humanitar yardım üçün 5 milyon avro ayıracağına söz verib. O, həmçinin Rusiyanın istifadə etdiyi İran kamikadze dronlarında İrlandiya istehsalı olan komponentlərin necə başa çatması ilə bağlı araşdırma aparıldığını bildirib.
Bu arada Ukraynadan bütün dünyada yanan taxıl anbarlarını əks etdirən görüntülər bazarlarda çaxnaşma yaradıb. Ukrayna hakimiyyətinin məlumatına görə, Odessa vilayətində gecə saatlarında endirilən aviazərbələr nəticəsində azı 60 min ton buğda məhv edilib. Hazırda buğdanın qiyməti 8%-dən çox artıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına tətbiq etdiyi sanksiyaları ləğv etməsə, taxıl sazişinin müddətini uzatmağın mənası yoxdur.
Murad Şahməmməd