Obamanın aşpazı göldə ölü tapılıb

Obamanın aşpazı göldə ölü tapılıb

27 İyul 2023 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Corc Buş və Barak Obamanın dövründə Ağ Evdə aşpaz köməkçisi işləyən, daha sonra Obama ailəsinə xidmət edən Tafari Kempbellin göldə boğulduğu açıqlanıb.

“Massaçusets” polis idarəsindən verilən açıqlamada, ştatın “Marthas Vineyard” adasında avarçəkmə üçün getdiyi gölməçədə itən 45 yaşlı Tafari Kempbellin cansız cəsədinin tapıldığı bildirilib. Açıqlamada yoxa çıxdığı bildirilən 45 yaşlı Kempbellin cansız cəsədinin dalğıclar tərəfindən sahildən təxminən 30 metr aralıda 2,5 metr dərinlikdə tapıldığı paylaşılıb.

Kempbellin boğulduğu yerin Obama ailəsinin iqamətgahına yaxın olduğu lakin həmin vaxt cütlüyün evlərində olmadığı bildirilib.

Hadisədən sonra verdiyi yazılı açıqlamada Obama və həyat yoldaşı, Ağ Evdən ayrıldıqdan sonra Obama ailəsi üçün işə başlayan Kempbelli "ailənin sevilən üzvü" kimi qiymətləndiriblər.

Kempbellin “yaradıcı aşbaz” olduğunu və onu istiqanlı, gülməli və qeyri-adi dərəcədə mehriban bir insan kimi tanıdıqlarını ifadə edən cütlük, bu ağrılı itkiyə görə dərin hüzn yaşadıqlarını bildiriblər.

Murad Şahməmməd