
Nigerdə hərbi çevriliş nəticəsində yeni hökumət formalaşıb
Nigerdə dövlət çevrilişinin rəhbəri, hərbi general Əbdürrəhman Çiani yeni keçid hökumətinin formalaşdırılması haqqında fərman imzalayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə ActuNiger informasiya portalı məlumat yayıb.
Ümumilikdə hökumətin tərkibinə 20 nazir daxildir. Onların arasında hərbçilər və mülki şəxslər də var.iNazirlər Kabinetinin rəhbəri Əli Laminə Zein həm də İqtisadiyyat və maliyyə naziri olub.
General-leytenant Salifu Modi milli müdafiə naziri, briqada generalı Məhəmməd Tumba isə daxili işlər, ictimai təhlükəsizlik və ərazi idarəsi naziri təyin edilib. Bakari Yau Sangare Xarici İşlər Naziri kimi siyahıya alınıb.
Alio Dauda ədliyyə və insan haqları naziri, möhürlərin qoruyucusu, Mahamane Mustafa Barke neft, mədənlər və energetika naziri, Seydou Azman ticarət və sənaye naziri, Sidi Mohamed Raliou rabitə, poçt və rəqəmsal iqtisadiyyat naziri təyin edilib.
Polkovnik Qarba Hakimi səhiyyə və sosial işlər naziri, polkovnik Abdurahaman Amadu gənclər və idman naziri, polkovnik Salissa Mahaman Salissa nəqliyyat və avadanlıqlar naziri, Gişen Ağayçatu Atta turizm naziri oldu.
Əziz Mustafa