
Nikol Paşinyan Türkiyəyə səfərə gəlib
Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü, iyunun 20-də Türkiyəyə gəlib, Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu, tarixdə respublika başçısının ikitərəfli danışıqlar üçün bu ölkəyə ilk səfəridir.
Xəbərdə deyilir ki, İstanbul Beynəlxalq Hava Limanında Ermənistanın baş nazirini Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Ermənistan hökumətinin başçısının İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşəcəyi gözlənilir. Bundan əlavə, axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş baş tutacaq.
Qeyd olunur ki, 2023-cü ildə Paşinyan Yerevanla Ankara arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün artıq Türkiyəyə səfər edib.
Almaz Həsənli