Afrikada yeni bir müharibə təhlükəsi artır
Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerdəki hərbi çevrilişlə bağlı qərarını dəstəklədiyini bildirib.
Oxuməni.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fransa 10 avqust 2023-cü ildə dövlət və hökumət başçılarının ECOWAS-ın fövqəladə sammiti ilə bağlı qəbul edilmiş bütün nəticələri tam dəstəklədiyini bir daha bəyan edir”, - kommünikedə deyilir.
Fransa Xarici İşlər Nazirliyi cümə axşamı Nigeriyanın paytaxtı Abucada keçirilən zirvə toplantısının iştirakçılarının Nigerdə "konstitusiya və demokratik quruluşun bərpası", həmçinin devrilmiş prezident Məhəmməd Bazum və ailəsinin dərhal azad edilməsi üçün çalışmaq əzmlərini bir daha təsdiqlədiklərini bildirib.
Əziz Mustafa
Digər xəbərlər


































.jpg)
.jpg)
.jpg)















































