Rusiya Amerika qoşunlarına zərbə endirmək üçün İrana kəşfiyyat məlumatları təqdim edir

Rusiya Amerika qoşunlarına zərbə endirmək üçün İrana kəşfiyyat məlumatları təqdim edir

6 Mart 16:18
Bəyəndim (1) Bəyənmədim (0)

"The Washington Post" qəzetinin məlumatına görə, Rusiya Amerika qoşunlarına zərbə endirmək üçün İrana kəşfiyyat məlumatları təqdim edir.

Nəşrin mənbələrinə görə, Moskva regionda Amerika hərbi gəmilərinin, təyyarələrinin və radar sistemlərinin yerləşdiyi yerlər barədə Tehranla məlumatları paylaşır.

Əldə edilən kəşfiyyat məlumatları İrana hədəfləri müəyyən etməyə və Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı mümkün hərəkətləri əlaqələndirməyə kömək edir.

Qəzetin mənbələri qeyd edir ki, bu cür dəstək Rusiyanın münaqişədə dolayı yolla iştirakını göstərə bilər. Lakin Moskva rəsmi olaraq vəziyyətlə bağlı şərh verməyib və mənbələrə görə, döyüşlərdə birbaşa iştirak etmir.

Əziz MUSTAFA