Putin Trampa İrandakı müharibəyə son qoymaq üçün variantlar təklif edib
Rusiya Prezidenti Vladimir Putin, amerikalı həmkarı Donald Trampla bazar ertəsi axşam telefon danışığı zamanı, İrandakı münaqişənin tezliklə həllinə dair təkliflər irəli sürüb. Oxuməni.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakovun bəyanatlarına istinadən bir neçə Rusiya KİV-i xəbər verir ki, danışığın əsas mövzuları ABŞ və İsrailin İrandakı müharibəsi, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibə olub.
Kremlin məlumatına görə, Putin Ukraynada sülh yolu ilə həllinə dair ABŞ-ın və şəxsən Trampın vasitəçilik səylərini müsbət qiymətləndirib. Danışıq Trampın təşəbbüsü ilə baş tutub, təxminən bir saat davam edib və Kremlin məlumatında "işgüzar, açıq və konstruktiv" xarakter daşıdığı qeyd olunub.
Uşakovun sözlərinə görə, 2025-ci ilin dekabrından bəri ilk telefon danışığı zamanı Tramp Ukraynada atəşin tezliklə dayandırılmasına və "uzunmüddətli həllin əldə olunmasına" maraq göstərib.
Vaşinqton hələlik Putinlə telefon danışığına münasibət bildirməyib. Daha əvvəl Donald Tramp İrandakı müharibə başlayandan bəri ilk mətbuat konfransını martın 9-u axşamı keçirəcəyini elan etmişdi.
Almaz Həsənli










































.jpg)
.jpg)
.jpg)







































