İranın yeni liderinin andiçmə mərasimi 9 martda Tehranda keçiriləcək

İranın yeni liderinin andiçmə mərasimi 9 martda Tehranda keçiriləcək

10:00
Bəyəndim (0) Bəyənmədim (0)


Fars xəbər agentliyinin məlumatına görə, İranın yeni Ali Lideri Müctəba Xameneinin andiçmə mərasimi 9 martda Tehranda keçiriləcək. Tədbir saat 15:00-da Tehranın mərkəzindəki Azadi Meydanında başlayacaq.

İranın Ali Lideri Əli Xamenei 28 fevralda, ABŞ-İsrail birgə İslam Respublikasına qarşı əməliyyatının ilk günündə sui-qəsd nəticəsində öldürülüb. 9 mart gecəsi 56 yaşlı Müctəba Xameneinin yeni Ali Lider seçildiyi elan edilib.

The New York Times qəzetinin məlumatına görə, Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə yaxın əlaqələri ilə tanınan şiə ruhanisidir. Qəzetin mənbələrinə görə, Əli Xameneinin ölümündən sonra İİKK onun oğlunu təyin etməkdə israr edib.

Əziz MUSTAFA