ABŞ Dövlət Departamenti: Gürcüstan Ermənistan və Azərbaycan arasındakı razılaşmadan faydalana bilər
"Biz Gürcüstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qəti tərəfdarı olaraq qalırıq, ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa çalışır." Oxuməni.az “TV Imedi”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"Prezident Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar yaradır. Gürcüstan bu razılaşmanın təmin etdiyi sabitlik və firavanlıqdan öz töhfəsini verə və böyük fayda əldə edə bilər.
İkitərəfli münasibətlərə və Gürcüstandakı siyasi iqlimə təsir edən məsələlərlə bağlı Gürcüstan Hökuməti ilə əlaqə saxlamağa davam edəcəyik. Həmçinin, Gürcüstan Hökumətinin ölkələrimiz arasındakı münasibətləri gücləndirmək və tərəqqiyə ciddi yanaşdığını təsdiqləmək üçün atacağı konkret addımları müzakirə edəcəyik," - deyə nəşrdə qeyd olunur.
Almaz Həsənli



























.jpg)


.jpg)
.jpg)
.jpg)

































.jpg)
.jpg)
.jpg)












