Bir neçə yüz insan Banqladeşdən Hindistana getməyə çalışıb
Bir neçə yüz banqladeşli Hindistanla sərhəd yaxınlığında toplaşaraq, həyatlarına təhlükə olduğuna görə ölkəyə buraxılmağı xahiş ediblər. Bu barədə NDTV məlumat yayıb.
Məlumata görə, təxminən 600 nəfərdən ibarət qrup çərşənbə günü Qərbi Benqal əyalətinin Jalpaiquri rayonundakı Dakşin Berubari kəndində Hindistan sərhədini keçməyə cəhd edib. Lakin Hindistan sərhədçiləri onların keçməsinə icazə verməyiblər.
Qrupun bəziləri daha sonra dağıldı, lakin bir çoxları nəhayət sərhədi keçmələrinə icazə veriləcəyinə ümid edərək gecə saatlarına qədər sərhəd keçid məntəqəsində qaldılar. Yerli sakinlərdən biri PTI xəbər agentliyinə bildirib ki, tikanlı məftillərin o biri tərəfinə toplaşan insanlar köməksiz olduqlarını söyləyərək içəri buraxılmaq üçün yalvarırlar.
Oxuməni.az