Tramp öncədən özünü prezident elan edərək ABŞ-ı dağıtmağa hazırlaşır
Rusiya kəşfiyyatı prezident seçkilərindən istifadə edərək eks prezident Donald Trampın əli ilə ABŞ-ı dağıtmağa hazırlaşır. Bu çərçivədə də Trampın xaricdən xüsusi təlimat aldığı ehtimal edilir. Həmin təlimata əsasən Trampın prezident seçkiləri başa çatar-çatmaz özünü prezident elan edəcəyi gözlənilir. Bunu nəzərə alan demokratlar Trampın ABŞ-ı uçuruma sürükləməsinin qarşısını almaq üçün xüsusi cavab tədbirləri həyata keçirmək niyyətindədirlər. Bu barədə “Reuters”agentliyinin yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Respublikaçı namizəd Tramp bu həftə seçki günü qələbəsini öncədən elan edəcəyini jurnalistlərə bildirib.
Öz növbəsində siyasi ekspertlərin fikrincə, seçkilərin yekun nəticələri bir neçə gün ərzində məlum olmaya bilər. Belə ki, hər iki namizəd məğlub olduqları bölgələrdə səslərin yenidən sayılmasını tələb edəcəklər. ABŞ seçkilərinin qalibləri adətən əsas media tərəfindən elan edilir - onlar seçki komissiyalarının təqdim etdiyi səslərin hesablanmasının nəticələrini təhlil edirlər. Namizədlər bəzən media hesablamadan əvvəl qələbəsini elan etsələr də, qalibin ən azı bəlli olmasından əvvəl Trampın bunu etməyə hazırlaşması təxribata əl atmaq deməkdir.
Demokratların lideri prezidentliyə namizəd Kamala Harris isə öz növbəsində məsələ ilə bağlı ABC telekanalına müsahibəsində deyib: "Əgər Tramp vaxtından əvvəl özünü prezident elan etsə, onda biz ona sərt şəkildə cavab verəcəyik və buna indidən hazırıq".
Eyni zamanda, Trampın əsas müttəfiqi Stiv Bannon bildirib ki, namizəd tezliklə qələbəsini elan etməlidir.
“O, ayağa qalxıb “Hey, mən qalib gəldim” deməlidir”, – Bannon bildirib.
Bütün bunlar da ABŞ-da noyabr ayının 5-də baş tutacaq prezident seçkilərinin gərgin mübarizə şəklində keçəcəyi və Trampın qələbəsini öncədən elan edərək ABŞ-ı daxili çəkişmələr meydanına çevirəcəyini göstərir.
Əziz Mustafa
.