HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd əl-Deyfin ölümü təsdiqlənib

HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd əl-Deyfin ölümü təsdiqlənib

31 Yanvar 08:48
Bəyəndim (1) Bəyənmədim (0)

HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları komandiri Məhəmməd əl-Deyfin öldürüldüyü təsdiqlənib. Qrupun nümayəndəsi Əbu Ubeydə bununla bağlı müvafiq bəyanatla çıxış edib.

“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk”, o deyib. HƏMAS-ın rəsmi Telegram kanalında Əbu Ubeydənin videomüraciəti yayımlanıb.

Mohammed al-Deif 2002-ci ildə İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edib və İsraildə ən çox axtarılan HƏMAS yaraqlılarından biri hesab olunurdu. O, qrupun əksər hücumlarını və əməliyyatlarını planlaşdırsa da, çox məxfi idarəçilik tərzinə malik idi. Məhəmməd əl-Deyfi ictimai çıxışlardan qaçır, media ilə danışmırdı və tez-tez səs yazıları vasitəsilə əmrlər verirdi. Ötən il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçılarından biri kimi əl-Deyfin həbsinə order verib. O, qətl, işgəncə, zorlama, qəddarlıq, məhv etmə və girov götürmədə ittiham olunurdu.

Əziz Mustafa, Oxuməni.az