
Türkiyədə ən çox “bəyənilən”gəlinləri olan 5 ölkənin adı açıqlanıb
Türkiyə Statistika İdarəsi (TÜİK) son bir ildə Türkiyədən olan kişilərin başqa ölkə nümayəndələri ilə evlənmələri ilə bağlı məlumat açıqlayıb. İlk beşliyə postsovet məkanının üç ölkəsi daxil olub.
Türkiyədə ən “populyar” əcnəbi gəlinlər Suriyadandır. Son bir ildə Türkiyə vətəndaşları ilə suriyalı qadınlar arasında 3,5 mindən çox nikah bağlanıb.
İkinci yerdə Özbəkistandır. Orta Asiya respublikasının nümayəndələri Türkiyədən olan kişilərlə təxminən 3,5 min nikah bağlayıblar.
Üçüncü yeri Mərakeşdən olan qadınlar tutur. Afrika ölkəsindən olan 2,4-dən çox qadın Türkiyə vətəndaşları ilə evlənib.
İlk beşliyə ruslar və azərbaycanlılar da daxil olub. Azərbaycan qadını Türkiyə vətəndaşları ilə 2,2 minə yaxın nikaha daxil olub. Daha 2 minə yaxın rusiyalı qadın taleyini türk kişiləri ilə bağlayıb.
Almaz Həsənli