
Trampın xüsusi nümayəndəsi Vitkoff danışıqlar aparmaq üçün Moskvaya gəlib
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla əlaqəli olan təyyarə cümə axşamı günortadan sonra Moskvaya eniş edib, aviasiya xidmətlərindən “İnterfaks”-a bildirilib.
Agentliyin həmsöhbəti qeyd edib ki, “Gulfstream G650” biznes aviasiya təyyarəsi Qətərdən gəlib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, ABŞ-ın Ukrayna nizamlanması üzrə danışıq üçün göndərilən elçiləri Rusiyaya yola düşüblər. “Həqiqətən, danışıqlar aparırlar, həqiqətən də təmaslar planlaşdırılır”, - Peskov əlavə edib.
ABŞ prezidenti Donald Tramp bu həftə öz nümayəndələrinin yaxın gələcəkdə Rusiyaya səfər edəcəyini açıqlayıb. Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrini və Vaşinqtonun 30 günlük atəşkəs təklifinə Kiyevdən alınan razılığı şərh edən Tramp “indi hər şeyin Rusiyadan asılı olduğunu” vurğulayıb.
Tramp Rusiya prezidenti Vladimir Putinlə də danışmağı planlaşdırdığını bildirib. Jurnalistlərin bu söhbətin bu həftə baş tuta biləcəyini soruşduqda, Tramp “Mən belə düşünürəm” deyib. Kremlin sözçüsü Peskov cümə axşamı jurnalistlərə deyib ki, Putinlə cümə axşamı beynəlxalq telefon danışığı ola bilər.
Almaz Həsənli