"Azərbaycan tərəfinə Bolqarıstan ərazisində atom elektrik stansiyasının inşasında iştirak etmək təklif olunur"

"Azərbaycan tərəfinə Bolqarıstan ərazisində atom elektrik stansiyasının inşasında iştirak etmək təklif olunur"

31 Avqust 2015 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstan hökuməti Azərbaycana enerji sahəsində əməkdaşlıqla bağlı təkliflər paketi göndərib.

apa-nın "Bulgaria Today" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan tərəfinə Bolqarıstan ərazisində atom elektrik stansiyasının inşasında iştirak etmək təklif olunur. Bununla yanaşı, təkliflər paketinə neft-qaz anbarlarının, neft emalı zavodlarının tikintisinə investisiya yatırmaq daxildir.

Bundan başqa, Azərbaycan hökumətinə Bolqarıstanı qonşu ölkələrlə birləşdirəcək qaz kəmərlərinin tikintisində iştirak etmək təklif olunur. Səfir bildirib ki, hazırda Azərbaycan tərəfi bu layihələrin rentabelliyini öyrənir.

Mediainfo.az