Diqqət: Samsung “Galaxy Note 7” almayın – Hər an partlaya bilər!
Son zamanlar dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar tərəfindən "Galaxy Note 7" smartfonlarından Samsung şirkətinə çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Şikayətlər əsasən danışıqlar zamanı batareyaların sürətlə qızmasından olur. Hətta telefonlarını yeniləri ilə əvəz edənlər də analoji problemlə qarşılaşmağa başlayıblar.
The Wall Street Journal-ın məlumatına görə, Cənubi Koreya şirkəti adıçəkilən smartfonların istehsalına müvəqqəti olaraq ara verib.
Qeyd edək ki, "Galaxy Note 7" Cənubi Koreyada 19 avqustdan satışa çıxarılıb. Sentyabrda isə Samsung Electronics şirkəti həmin smartfonların satışını dayandırıb və dünya üzrə 2.5 milyon telefon geri qaytarılıb.
01 oktyabr tarixindən etibarən "Galaxy Note 7" smartfonu yenidən daxili bazara buraxılıb. Lakin cəmi bir neçə gündən sonra məlum olub ki, problem aradan qaldırıla bilməyib. Bu isə o deməkdir ki, batareyası qızmağa meylli olan "Galaxy Note 7" smartfonu istənilən vaxt və istənilən yerdə qıza və partlaya bilər.
Mediainfo.az









































.jpg)
.jpg)
.jpg)








































