
Nikol Paşinyan Avrasiya İqtisadi Komitəsinin iclasında çıxış edəcək
Yanvar ayının 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfər edəcək.
Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Paşinyan səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının iqtisadi komissiyasının iclasında iştirak edəcək. Onun həmin iclasda çıxış edəcəyi gözlənilir. İclasda Avrasiya İqtisadi İttifaqında sədrlik növbəti müddət üçün Ermənistana keçəcək. Moskvaya səfəri çərşivəsində Paşinyanın prezident Vladimir Putinlə qeyri-rəsmi görüçünün də keçiriləcəyi istisna edilmir.
Digər xəbərlər