Dünyanın ən yaşlı qadını vəfat edib  - 123 YAŞ

Dünyanın ən yaşlı qadını vəfat edib - 123 YAŞ

14 İyul 2016 08:23
Bəyəndim (0) Bəyənmədim (0)

Vyetnamın Hoşimin şəhərində dünyanın ən yaşlı qadını Nquen Thi Çu dünyasını dəyişib.

123 yaşlı qadın 2015-ci ildən planetin ən yaşlı qadını hesab edilirdi.

1893-ci il təvəllüdlü Nquen Thi Çu 11 övlad dünyaya gətirib. Hazırda onlardan 2-si sağdır. Nəvə, nəticə və kötükcələrinin sayı isə 100-ü ötüb. Bildirilir ki, Nquen Thi Çu son günlərinədək özünü gümrah hiss edib, yaşına xas olan xəstəliklərdən əziyyət çəkməyib, həkimlərə müraciət etməyib. Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir.

Mediainfo.az