"Hizbullah"ın lideri ABŞ-ı təhdid etdi + Video
Oxumeni.az evronews-a istinadən xəbər verir ki, İranın İraqdakı iki obyekti raket atəşinə tutulub. Kasım Süleymani qətlə yetirildiyinə görə İran ABŞ-dan qisas almağa başlayıb. Bunu Livanın "Hizbullah" şiə qruplaşmasının lideri Hassan Nəsrullah deyib.
"Hizbullah" ın baş katibi Hassan Nəsrullah: "amerikalılar bölgəmizdən əsgər, zabit və gəmilərini çıxarmalıdırlar.
Livanın şiə qruplaşması İranın yaxın müttəfiqidir, Tehrandan maliyyə və hərbi dəstək alır.
İraqın Balad Hərbi Hava Qüvvələri bazası atəşə tutulub. Mənbələrin məlumatına görə, dörd İraq hərbçisi yaralanıb. Elə həmin gün Amerika KİV-ə müsahibəsində ABŞ prezidentinin köməkçisi Robert Brayen bildirib ki, Birləşmiş Ştatlar hakimiyyəti gələcəkdə Amerika qoşunlarını müəyyən şərtlər daxilində İraqdan çıxarmaq istəyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)