Avstraliyanın şimal-qərbində yüngül motorlu təyyarə qəzaya uğrayıb
Avstraliyanın şimal-qərbində göyərtəsində iki nəfərin olduğu yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Oxumeni.az 9News xəbərlər portalına istinadla xəbər verir ki, qəzaya uğramış təyyarənin qalıqları Brisben şəhərindən 150 kilometr cənub-qərbdə yerləşən Korila parkında aşkar edilib.
Polisin yaydığı məlumata əsasən Yeni Cənubi Uels ştatının şimal-qərb sahillərindən bir gün əvvəl, saat 14:00 radələrində havaya qalxan təyyarə bir saat sonra Buona çatmalı idi. Təyyarə təyinat məntəqəsinə çatmadığına görə, qəza xidməti axtarışa başlayıb. Onu yalnız yanvarın 13-də səhər saatlarında qəza xidmətinin helikopteri aşkar edib.
Təyyarənin düşdüyü ərazinin landşaftı mürəkkəb olduğuna görə, axtarış-xilasetmə işlərinin çox vaxt aparacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az