Ukrayna təyyarəsinin vurulması işi üzrə bir neçə nəfər həbs olunub

Ukrayna təyyarəsinin vurulması işi üzrə bir neçə nəfər həbs olunub

14 Yanvar 2020 13:13
Bəyəndim (1) Bəyənmədim (0)

İranın hakimiyyət orqanları Ukraynaya məxsus “Boeing” təyyarəsinin vurulması işi üzrə bir neçə nəfəri həbs ediblər.

Oxumeni.az İLNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili məlumat verib. “Bu iş üzrə insanlar artıq həbs olunub, lakin biz hələlik təhqiqatın ilkin mərhələsindəyik”, - deyə o bildirib.

Digər təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan “Boeing-737” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Ukrayna Prezidenti Vladimir Zelenski Tehrandan günahın tam etiraf edilməsini, rəsmi üzr istənilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını, kompensasiya ödənilməsini gözlədiklərini bildirib. İran Prezidenti Həsən Ruhani də öz növbəsində baş verənləri “böyük faciə və bağışlanmaz səhv” adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az