MİT və polis PKK təxribatçılarına qarşı əməliyyat keçirib: 26 nəfər saxlanılıb.
İstanbulda icazəsiz nümayiş təşkil edən və terror təşkilatının təbliğatı ilə məşğul olan 26 nəfər MİT və İstanbul Polisi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
İstanbulda icazəsiz nümayişlər təşkil edən, Novruz şənliklərindən sui-istifadə edən və terror təşkilatının təbliğatı ilə məşğul olan 26 şübhəlinin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polisi tərəfindən keçirilən əməliyyatlar zamanı saxlanıldığı bildirilib.
Daha bir əməliyyat Uşak və Marmaris bələdiyyələrində keçirilib və bələdiyyə sədri də daxil olmaqla 24 nəfər saxlanılıb.
İstanbul Respublika Prokurorluğu tərəfindən koordinasiya edilən əməliyyat çərçivəsində İstanbul Polis Maliyyə Cinayətləri İdarəsinin bir qrupu Uşak bələdiyyə sədri Özkan Yalıma qarşı "fiziki və hüquqi şəxslərdən rüşvət almaq" ittihamı ilə əməliyyat keçirib.
Uşak, Kocaeli və Ankarada sinxron əməliyyat zamanı Yalım da daxil olmaqla 11 nəfər saxlanılıb.
Əziz MUSTAFA




























.jpg)

.jpg)



















































