Qriqoryan: Azərbaycan vasitəsilə Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması region üçün imkanlar açır

Qriqoryan: Azərbaycan vasitəsilə Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması region üçün imkanlar açır

15:05
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan vasitəsilə Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının üzə çıxarılması üçün əlavə imkanlar açır. Oxuməni.az “news.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan Şımkentdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, bu, nəqliyyat-logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarətin inkişafına necə töhfə verdiyinin bariz nümunəsidir.

Daxili bazarların qorunmasından danışan Qriqoryan vurğulayıb ki, onların sistematik monitorinqi təkcə yaranan disbalansları operativ şəkildə aşkar etməyə deyil, həm də daxili bazarın qorunması və yerli istehsalçıların dəstəklənməsi üçün effektiv tədbirlər hazırlamağa imkan verir.

Almaz Həsənli