Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini təhqir edib
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı açıq şəkildə təhqir edərək, onun "arxasından öpməli olacağını" söyləyib. Oxuməni.az xəbər verir ki, Tramp bunu 27 martda Mayamidə keçirilən “Future Investment Initiative” (Gələcək İnvestisiya Təşəbbüsü-red.) beynəlxalq konfransındakı çıxışı zamanı açıqlayıb və tədbir Ağ Evin YouTube kanalında yayımlanıb.
"O, məni arxadan öpməli olacağını düşünmürdü. Həqiqətən də düşünmürdü. O, mənim uçuruma yuvarlanan bir ölkə ilə növbəti uğursuz Amerika prezidenti olacağımı düşünürdü. Amma indi mənimlə xoş davranmalı olur. Ona deyin ki, xoş davransın", - Donald Tramp bildirib (The Hill-dən sitat, çıxışın yazısı Ağ Ev tərəfindən dərc edilib).
“The Wall Street Journal” mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ İrana qarşı kampaniyada ABŞ-a getdikcə daha çox dəstək verir və öz qoşunlarının silahlı münaqişədə birbaşa iştirakına icazə verir. “The New York Times” iddia edir ki, Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ prezidentini İrana qarşı hərbi əməliyyatları dayandırmamağa inandırıb.
Almaz Həsənli







































.jpg)

.jpg)








































