Paşinyan baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü bildirib

Paşinyan baş nazir vəzifəsinə namizədliyinin irəli sürüldüyünü bildirib

11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan martın 30-da bildirib ki, hakim "Vətəndaş Müqaviləsi" partiyası iki tur daxili seçkidən sonra iyunun 7-nə planlaşdırılan növbəti parlament seçkilərində onu hökumət başçısı postuna namizəd göstərib.

Oxuməni.az xəbər verir ki, Paşinyan "Telegram" kanalında yazıb: "Partiya yoldaşlarıma mənə yenidən etimad göstərdikləri, "Vətəndaş Müqaviləsi" partiyasının seçki siyahısına başçılıq etmək və Ermənistan Respublikasının baş naziri postuna namizəd olmaq şərəfini verdikləri üçün təşəkkür edirəm."

Siyasətçi həmçinin musiqili bir paylaşım edərək hamıya xoş gün diləyib və əlləri ilə ürək işarəsi göstərib.

"Sabahınız xeyir, xoş gün diləyirəm və hamınızı sevirəm", - deyə o yazıb.

Paşinyan martın 19-da qeyd edib ki, müxalifət qüvvələrinin sülhü dəstəklədikləri, lakin hakimiyyətə gələcəkləri təqdirdə onun şərtlərini yenidən nəzərdən keçirmək istədikləri barədə bəyanatları, əslində yeni müharibə elanı deməkdir.

Almaz Həsənli