Rusiyada Avropanın ən böyük fosfat gübrəsi zavoduna hücum edilib: yanğın baş verib

Rusiyada Avropanın ən böyük fosfat gübrəsi zavoduna hücum edilib: yanğın baş verib

12:12
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiyanın Vologda bölgəsindəki Çerepovets şəhərində yanğın baş verib. Dron hücumu əsasən fosfat gübrəsi istehsal edən Apatit ASC-yə məxsus zavodda yanğına səbəb olub. Bu barədə Oxuməni.az Rusiya mediasına istinadən məlumat yayıb.
"Çerepovets. Yerli sakinlər bildirirlər ki, Apatit ASC-yə (PhosAgro Qrupunun Çerepovets kimyəvi klasteri) hücum edilib", - deyə hadisənin videosunun başlığında deyilir.
Həmçinin məlumdur ki, Apatit ASC Avropanın ən böyük fosfat əsaslı gübrə, fosfor və kükürd turşuları istehsalçısı və Rusiyanın NPK gübrə istehsalında liderlərindən biridir.

"Çerepovets, başa düşməyiniz üçün deyirəm ki, orada yanğın olmamalıdır, amma hər şey yanır. Yerli sakinlər harasa qaçırlar", - deyə Çerepovetsdəki hadisənin görüntülərinin şərhində yazılıb. İctimai qruplar həmçinin dünən gecə Vısotsk limanı yaxınlığında Vıborqda da yanğın baş verdiyini bildirirlər.

Xatırladaq ki, nisbətən bu yaxınlarda Vıborqdakı Rusiya gəmiqayırma zavoduna dronlar hücum edib və hadisə nəticəsində buzqıran gəmiyə zərər dəyib.

Əziz MUSTAFA