ABŞ və İsrail Təbriz şəhərində yerləşən neft-kimya zavoduna zərbə endiriblər
Bir aydır davam edən ABŞ və İsrailin İrana hücumlarının başlaması ilə müharibə yeni bir mərhələyə qədəm qoyub. ABŞ və İsrail İranın enerji və sənaye infrastrukturunu hədəf alaraq Təbriz şəhərində yerləşən neft-kimya zavoduna zərbə endiriblər.
Oxuməni.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Böhran İdarəetmə Departamentinin baş direktoru Məcid Fərşi ABŞ və İsrailin hücumları nəticəsində Təbrizdəki neft-kimya zavodlarından birinin zərər gördüyünü bildirib. Fərşi hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, vəziyyətin nəzarət altında olduğunu və heç bir təhlükəli və ya zəhərli maddənin yayılmadığını qeyd edib.
İran dövlət televiziyasının (IRIB) məlumatına görə, ABŞ və İsrailin hücumları davam edir və iki böyük şəhərə hücumlar elan edilib.
Bildirilir ki, Mihrabad Hava Limanından əlavə, Tehranda 21-ci rayonun Sani Xani Xəstəxanasının arxasındakı Qəsr-e Firuz məhəlləsi, Sorkheh Hisar Parkı, Fədəyani Eslam məhəlləsindəki Millibank binası, 15-ci rayonundakı karton fabriki və Babaei şossesinin şərq ucu hücuma məruz qalıb. Mihrabad Hava Limanında dəyən ziyan barədə rəsmi məlumat yoxdur.
Əziz MUSTAFA


















































.jpg)

.jpg)




























