![Düşmənin məhv edilən döyüş texnikasının siyahısı-VİDEO](http://oxumeni.az/images/2020/10/01/xxxcvazx.jpg)
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı-VİDEO
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.
Oxuməni.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 200-dək tank və digər zirehli texnika;
- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 30 ədəd hava hücumundan müdafiə vasitələri;
- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 5 silah-sursat anbarı;
- 110-dan artıq avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Murad Şahməmmədov
Digər xəbərlər