Ərdoğan Azərbaycanı təbrik etdi

Ərdoğan Azərbaycanı təbrik etdi

8 Noyabr 2020 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir”.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Addım-addım işğal altındakı şəhərləri və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.

Oxuməni.az