Uşaqbazlıqda ittiham olunan erməni məmurunun məhkəməsi

Uşaqbazlıqda ittiham olunan erməni məmurunun məhkəməsi

26 İyul 2011 13:51
Bəyəndim (0) Bəyənmədim (0)
Zərərçəkmişlər pula görə ifadələrini dəyişməyə başlayıblar

Xəbər verdiyimiz kimi, Ermənistanın baş nazirinin müşaviri, tanınmış iş adamı, xeyriyyəçi Serob Ter-Poqosyan azyaşlı uşaqları 300 dollar müqabilində cinsi təcavüzə məruz qoyduğu və bu prosesi video lentə köçürdüyü üçün həbsə alınıb. Bəri başdan qeyd edək ki, manyakın hədəfində yetim və ya kimsəsiz uşaqlar olurdu. O, kimsəsizlər üçün xeyriyyə adı altında tədbirlər keçirərkən qurbanlarını seçir, onlar haqda məlumat toplayırdı. Sonra isə onları öz cinsi fantaziyalarının obyektinə çevirirdi.

Dünən - 25 iyul tarixində Vanadzor məhkəməsində sayca ikinci məhkəmə iclası keçirildi. 10 zərərçəkmişdən 2-si dindirildi. Dövlət ittihamçısı qismində çıxış edən, Ermənistan Baş Prokurorluğunun milli təhlükəsizlik məsələlərinin araşdırılması üzrə idarəsinin aparıcı prokuroru Aram Amirzadyan jurnalistlərlə görüşündə bunları bildirdi: "Valideynlər övladlarının başlarına gətirilən hadisələrdən xəbərdar olsalar da, onları məsuliyyətə cəlb edə bilmərik. Bu, mənəviyyat məsələsidir... İstisna deyil ki, Serob Ter-Poqosyan başqa azyaşlılara qarşı da eyni əməli törədib. Sadəcə, bu barədə şikayət olmadığından və video görüntülərdəki materiallara istinad etdiyimizdən ittiham aktına heç nə əlavə edə bilmərik."

Xatırladaq ki, müttəhim qurbanları ilə cinsi əlaqədə olarkən görüntüləri video yaddaşa və foto lentə köçürürdü.

Bu gün saat 12:00-da başlayan növbəti məhkəmə prosesində daha bir neçə şahid dindirildi. Aldığımız operativ məlumata görə, məhkəmə dinləmələri hal-hazırda davam edir və zərərçəkmişlər ilkin ifadələrinin əksinə olaraq, müttəhimin müdafiəsini təmin edə biləcək təzadlı ifadələr verirlər.

Erməni kimdir? Pula görə ləyaqətini, mənəviyyatını, əqidəsini və hüquqlarını satan insan. Övladlarının taleyinə biganə qalan valideyn. Cinayətkarın mənafeyini qoruyan qanun keşikçisi. Dinindən, irqindən, millətindən, sosial mənsubiyyətindən asılı olmayaraq bu tip insanlar hər yerdə erməni sayılmalıdır...

Şahməmməd Şahməmmədov (polis polkovniki)

O.M.