VİDEO-Orduda övladlarını itirən ermənilərin mitinqi

VİDEO-Orduda övladlarını itirən ermənilərin mitinqi

20 Oktyabr 2011 19:44
Bəyəndim (0) Bəyənmədim (0)
Polis deputata və müxalifətçiyə qarşı güc tətbiq etdi

Bu gün Ermənistanda hökumət binası qarşısında ənənəvi etiraz aksiyası həyata keçirilirdi. Sülh şəraitində övladlarını itirən əsgər anaları bir yerə toplaşaraq iqtidarın ordu siyasətini tənqid edir, övladlarının ölümü ilə başlı cinayət işlərinin məntiqi nəticələrini tələb edirdilər. Aha sonra etirazçılara "Miras" parlament qrupunun deputatı Zarui Postancan və "Erməni milli konqresinin" üzvü Vardqes Qaspari qoşuldular. Bir neçə dəqiqədən sonra polislər mitinqçiləri dövrəyə alaraq müxalifətçi Vardqes Qasparini tutmaq istədilər. Deputat Zarui Postancan və bir neçə nəfər Qasparini müdafiə etməyə çalışdılar. Qaspari yerə uzandı, Postancan isə onun üstünə. Polislər deputat toxunulmazlığına məhəl qoymadan ona qarşı fiziki güc tətbiq etdilər. Daha doğrusu, Postancanın altında olan müxalifətçinin əl-ayağından tutaraq onu maşına basdılar və naməlum istiqamətə apardılar.

Ermənistan ordusuna müharibə lazım deyil. Özləri özlərinə düşməndir...

Hafiz Əhmədov

O.M.