ABŞ Ukraynanı Rusiyaya qarşı silahlandırır

ABŞ Ukraynanı Rusiyaya qarşı silahlandırır

25 May 2018 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin nümayəndələr palatası 2019-cu ildə Ukraynaya 250 milyon dollar hərbi yardım etmək qərarına gəlib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 2018-2019-cu illərin hərbi xərcləri ilə bağlı qanun layihəsi aprelin ortalarında Konqresə təqdim olunub. Ukraynaya hərbi yardım edilməsi qərarına 351 konqresmen səs verib, 66 nəfər əleyhinə çıxıb.

Layihə senata təqdim olunduqdan sonra prezident tərəfindən imzalanıb.