Yesixide Suqa Yaponiyanın hakim partiyasının yeni lideri seçildi

Yesixide Suqa Yaponiyanın hakim partiyasının yeni lideri seçildi

14 Sentyabr 2020 11:51
Bəyəndim (3) Bəyənmədim (0)

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni rəhbəri 71 yaşlı Yesixide Suqa olub.

Oxuməni.az russian.rt-yə istinadən xəbər verir ki, bu barədə Kuodo agentliyinin yaydığı məlumatda deyilir.

Avqustun 28 - də Yaponiyanın Baş naziri Şinzo Abe sağlamlıq vəziyyətinə görə istefa vermək niyyətini açıqlamışdı.

Yesixide Suqanın növbəti seçkilərdə ölkəni idarə edəcək şəxs olacağı ehtimalı isə kifayət qədər yüksək hesab edilir.

Oxuməni.az