"Şaxtyor" Donetsk növbəti dəfə "Real" Madridi meydana çıxmağa peşman elədi
Ukraynanın Rusiya tərəfindən işğal edilən Donetsk şəhərinin "Şaxtyor" komandası Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda öz meydanında "Real"ı məğlub edib.
Oxuməni.az xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Dentinyo (57-ci dəqiqə) və Manor Solomon (82) vurublar.
Xatırladaq ki, daha əvvəl ukraynalılar Madriddə qrup mərhələsinin ilk turunda "Real"ı 3:2 hesabı ilə məğlub edib. "B" qrupunun turnir cədvəlində "Şaxtyor" 7 xalla ikinci, eyni xala malik "Real Madrid" isə üçüncü yerləri tuturlar.
Oxuməni.az
Digər xəbərlər