Hamilə qadını öldürüb, körpəsini oğurlayıblar

Hamilə qadını öldürüb, körpəsini oğurlayıblar

16 Dekabr 2022 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl Meksikada qan donduran hadisə baş vermişdi. Hamilə qadını öldürüb, körpəsini oğurlamışdılar. Oxuməni.az xəbər verir ki, noyabrın 26-da Meksikanın Nuevo Leon əyalətinin Eskobedo şəhərində mobil telefon tətbiqi ilə çağırılan taksiyə mindikdən sonra yoxa çıxan 19 yaşlı 8 aylıq hamilə qadının cansız bədəni günlər sonra tapılmışdı.

Nuevo Leon Əyalət Baş Prokurorluğundan verilən açıqlamada, 8 aylıq hamilə olan Martanın cəsədinin, öldürülən başqa bir qadının cəsədi ilə birlikdə anbarda tapıldığı bildirilmişdi. Martanın körpəsinin oğurlandığını və özünün isə boğulduğunu açıqlayan Baş Prokurorluq, öldürülən digər qadının Marta ilə taksidə gedən 34 yaşlı dostu Klaudiya olduğu bildirsə də bu günə kimi körpənin taleyindən bir xəbər yoxdur. Oğurlanan körpə haqqında hələlik yeni məlumat olmasa da, Baş Prokurorluq hadisə ilə bağlı araşdırmanın qadın qətli çərçivəsində aparıldığını və oğurlanmış körpənin axtarıldığını bildirib. Bu dəhşətli hadisə bütün dünyada hələ də geniş rezonans doğurmaqdadır.

Oxumeni.az