Meksikada həbsxanaya hücum nəticəsində 14 nəfər həlak olub

Meksikada həbsxanaya hücum nəticəsində 14 nəfər həlak olub

2 Yanvar 2023 19:34
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Syudad Xuarez şəhərində həbsxanaya hücum nəticəsində azı 14 nəfər: on təhlükəsizlik işçisi və dörd məhbus həlak olub,daha 13 nəfər yaralanıb,

Oxuməni.az xəbər verir ki, bunu yerli prokurorluğun nümayəndələri bildiriblər. Hücumda, zirehli maşınlarla gələn silahlı şəxslər iştirak edib. Hücum zamanı ələ keçirilən həbsxananı, yalnız 5 saat sonra geri nəzarətə götürmək mümkün olub. Qarşıdurma zamanı 24 məhbus cəzaçəkmə müəssisəsindən qaçıb.

Həbsxanaya hücumdan bir qədər əvvəl yaxınlıqdakı polis bölməsinə hücum olduğu məlum olub. Hücum edənlər təqibdən sonra saxlanılıb və onların avtomobili müsadirə edilib. Prokurorluğun məlumatına görə, iki silahlı şəxs şəhərin başqa bir ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədələyiblər, sonra onları polislər avtomobildə güllələyiblər.

Prokurorlar üç hadisənin əlaqəli olub-olmadığını izah etməyiblər.

Syudad Xuarez dünyanın ən təhlükəli şəhərlərindən biridir . Meksika və ABŞ sərhədinə yaxın Çiuahua ştatında yerləşən Syudad Xuares hüquq-mühafizə orqanlarının əməkdaşları ilə rəqib narkokartellər olan “Sinaloa” və “Xuarez” arasında qarşıdurma yeridir. Dünyada qətllərin ən çox olduğu şəhərlər siyahısında Syudad Xuarez, ildə 100.000 sakinə 85 epizodla beşinci yerdədir. 2010-cu illərin sonlarında bu, planetin ən təhlükəli şəhəri idi.

E,Axund,Oxuməni.az