Dəfn evinin direktoru bədən hissələrini satarkən tutulub

Dəfn evinin direktoru bədən hissələrini satarkən tutulub

5 Yanvar 2023 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dəfn evinin direktoru bədən hissələrini satarkən tutulub.

Oxuməni.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatında cənazə evinin keçmiş sahibi və anası, krimasiya (yandırılmaq) üçün gətirilmiş cəsədlərin, hissələrini qanunsuz olaraq satdıqlarına görə uzun müddətə azadlıqdan məhrum ediliblər.

İstintaq və məhkəmə müəyyən etmişdir ki, 2010-2018-ci illər ərzində Meqan Hess və anası Şirli Kox qohumlarının razılığı olmadan 560-a yaxın meyiti parçalayaraq hissə-hissə təhsil və tibb müəssisələrinə satıblar.

Bəzi hallarda cinayətkarlar hətta bütöv cəsədləri satıblar. ABŞ-da siz orqan və ya cəsədinizi bağışlaya bilərsiniz, lakin onları sata bilməzsiniz.

Nəticədə Hess 20, anası isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

E. Axund, Oxuməni.az